Ağ Evin qarşısında aclıq aksiyası

Ağ Evin qarşısında aclıq aksiyası

28 Noyabr 2023 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da bir qrup siyasətçi, fəal və aktyor Qəzzada daimi atəşkəs tələbi ilə Ağ Ev qarşısında 5 günlük aclıq aksiyasına başlayıb. Aclıq aksiyasının iştirakçıları Qəzzada baş verən hücumlara və aclığa etiraz edirlər. Amerikalı aktrisa Sintia Nikson Nyu-York və Delaver kimi ştatların yerli siyasətçiləri və aparıcı müsəlman və yəhudi qeyri-hökumət təşkilatlarının fəalları ilə birlikdə Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün Ağ Evin qarşısında aclıq aksiyasına başlayıb.

Nikson amerikalıların diqqətinin Şükran günü, sonra isə Milad bayramları səbəbiylə Qəzzadan yayındığını, Qəzzada atəşkəs çağırışları ilə bağlı qazanılan sürəti itirməkdən narahat olduğunu bildirib. İsrailin Qəzzada son 7 həftədə təşkil etdiyi hücumlarda yüzdə 70-i qadın və uşaq olmaqla 15 min insanın öldürülməsini "görünməmiş" olaraq xarakterizə edən Nikson, "Fələstinlilərin öldürüldüyünü, bombalandığını vurğulamaq üçün bu aclıq aksiyasına başladıq" deyə bildirib.

Oxuməni.az