Beynəlxalq Miqrasiya Təşkilatı seminar keçirəcək

Beynəlxalq Miqrasiya Təşkilatı seminar keçirəcək

12 Dekabr 2012 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Yeni Həyat Plaza"da Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) insan alverinin qarşısının alınması, insan alverinin qurbanlarının müdafiəsi və insan alverçilərinin cinayət məsuliyyətinə cəlb olunması üçün əməkdaşlıq və koordinasiya mexanizmlərinə dair bir günlük seminar keçirəcək.
Seminar ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi layihəsinin üçüncü fazası çərçivəsində keçiriləcək. Seminarın əsas məqsədi insan alveri sahəsində fəaliyyət göstərən hökumət qurumları, QHT-lər və kütləvi informasiya vasitələri arasında mövcud əməkdaşlıq müxanizminin inkişafına töhfə verməkdir.
Seminarda xüsusi dəvət olunmuş BMqT-nin Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin miqrantlara yardım üzrə baş regional mütəxəssisi, cənab Anh Nguyen qonaq məruzəçi qismində çıxış edəcək. Habelə, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və QHT-lərin təqdimatları planlashdırılır.

O.M.