Ukrayna ordusundan separatçılara ağır zərbə
Donetskdə 11 nəfər öldürüldü, 4 nəfər ağır yaralandı
Dünən Ukrayna ordusunun açdığı aramsız atəş nəticəsində Donetsk şəhəri yaxınlığında 11 separatçı ölüb, 4 nəfər ağır yaralanıb. İnterfax-ın separatçı rejimə istinadən yaydığı bugünkü məlumata görə, Donetsk yaxınlığında yerləşən Kirov yaşayış məntəqəsi dünən axşam saatlarında intensiv atəşə məruz qalıb. Məlumatda bildirilir ki, cari ilin 5 sentyabr tarixində Minskdə imzalanmış atəşkəs müqaviləsinə baxmayaraq, Ukrayna ordusu vədinə əməl etmir. Belə ki, dünən yerli vaxtla saat 22:45 radələrində Kirov yaşayış məntəqəsinə doğru irəliləyən ATƏT-in monitorinq qrupunun avtomobili Maloorlovka yaşayış məntəqəsində atəşə tutulub.
Mediainfo.az
Digər xəbərlər

























































































