Filippində vulkanla əlaqədar 12 mindən çox insan evakuasiya edildi

Filippində vulkanla əlaqədar 12 mindən çox insan evakuasiya edildi

16 Sentyabr 2014 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Filippində vulkan təhlükəsi ilə əlaqədar 12 mindən çox vətəndaş evakuasiya edilib. İnterfax-ın Filippin vulkanologiya və seysmologiya institutuna istinadən yaydığı məlumata görə, Mayon vulkanının aktivləşməsi riski ikinci dərəcədən üçüncü dərəcəyədək yüksəlib.

Filippin hökumətinin evakuasiya qərarı vulkan yaxınlığında zəlzələ və qaya uçması hallarının intensivləşməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, Mayon Luson adasının cənub-şərqində yerləşir və adanın digər vulkan ocaqlarından daha fəaldır. Son 400 il ərzində Mayon 50 dəfədən artıq püskürüb.

Mediainfo.az