Avropa Birliyindən Suriyaya maddi dəstək
Avropa komissiyası Suriyaya və ətraf ölkələrə yardımını 215 mln.avro məbləğində artıracaq. Associated press-in məlumatına görə, 50 mln.avro humanitar yardım məqsədilə, 165 mln.avro gələcək inkişaf üçün veriləcək. Avropa Birliyinin beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranlı vəziyyətlər komissiyasının üzvü Kristalina Georgiyeva mövcud yardım paketinin Suriyanın daxilində, sərhədlərində və həmsərhəd dövlətlərdə gərginliyi xeyli azaldacağını bildirib. O, yardımın Türkiyədə sığınacaq tapmış Suriya qaçqınlarının ehtiyaclarına xidmət edəcəyini də deyib.
Qeyd edək ki, Avropa komissiyasının rəsmi məlumatlarına görə, hazırda Suriyada 6,4 mln. məcburi köçkün, ölkə hüdudlarından kənarda isə 3 mln-dan çox qaçqın var.
Mediainfo.az
Digər xəbərlər

























































































