Şəmkirdə minik maşını dərəyə yuvarlandı

Şəmkirdə minik maşını dərəyə yuvarlandı

31 Dekabr 2012 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Şəmkir şəhəri, Yasamal dağının aşırımında (rayon mərkəzindən 12 km aralı) 1966-cı il təvəllüdlü Yusubov Muzahim Səməndər oğluna məxsus "VAZ-2106" markalı minik avtomobili dərəyə aşmışdır. Nəticədə avtomobildən kənara düşmüş sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən dərədən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.