İmişli meşəsində yanğının qarşısı alındı
Dünən günorta saatlarında İmişli şəhərində yerləşən meşə zolağında qəfil yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, 1,5 ha sahədə kol-kos və 90 ədəd ağac yanaraq kül olub. Vətəndaşların və yanğınsöndürənlərin birgə səyi nəticəsində meşə zolağı və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər

.jpg)




























































































