Ankarada səkkiz təhlükəli terrorçu həbs edilib
Türkiyənin təhlükəsizlik qüvvələri Ankara şəhərində geniş antiterror əməliyyatı həyata keçirib.
Əvvəlcədən müəyyən olunan ünvanlarda aparılan əməliyyat-axtarış tədbiri nəticəsində 8 terrorçu həbs edilib. Onlardan 7-si İraq əsilli İŞİD terrorçusu, biri isə HTŞ terror qrupuna mənsub suriyalıdır. İlkin araşdırmada müəyyən edilib ki, terrorçuların hamısı Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar.(azərtac)
Digər xəbərlər