Rumıniya prezidenti olmaq üçün 12 nəfər qeydə alınıb

Rumıniya prezidenti olmaq üçün 12 nəfər qeydə alınıb

24 Sentyabr 2014 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniyada noyabrın 2-də keçiriləcək prezident seçkisində iştirak etmək üçün 12 namizəd qeydə alınıb. Ölkə qanunvericiliyinə görə, prezidentliyə namizədlər qeydə alınmaq üçün 200 min seçicinin imzasını toplamalı idi. Namizədlərin qeydə alınması mərhələsi artıq başa çatıb.

İctimai rəy sorğuları seçkidə hazırkı baş nazir Viktor Pontanın favorit olduğunu göstərir. Ponta hakim koalisiyaya daxil olan Sosial Demokrat Partiyasının namizədidir.

Pontanın əsas rəqibi Milli Liberal Partiyanın təmsilçisi, Sibiu şəhərinin meri, alman əsilli Klaus Yoxannisdir.

Prezident postu uğrunda mübarizə aparanlar içərisində Rumıniya Senatının sədri Kelin Popesku Teriçanu, Rumıniya Macarları Demokratik İttifaqının rəhbərlərindən olan sabiq mədəniyyət naziri Kelemen Xunor da var.

Mediainfo.az