Başqırdıstanın yeni prezidentinin andiçmə mərasimi keçirildi

Başqırdıstanın yeni prezidentinin andiçmə mərasimi keçirildi

25 Sentyabr 2014 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Başqırdıstan respublikasının 14 sentyabr seçkilərində qalib gəlmiş yeni prezidenti bu gün Ufa şəhərində geniş ictimaiyyət qarşısında çıxış edib. İnterfax-ın məlumatına görə, Rüstəm Xamitovun inauqurasiyası Respublika Qurultayında keçirilib. Tədbirdə yerli MSK-nın sədri Heydər Valeyev yeni prezidentə vəsiqəsini təqdim edib. Daha sonra Rüstəm Xamitov başqırd və rus dillərində prezident andı içib.

Qeyd edək ki, seçkilərdə "Единая Россия (Vahid Rusiya)"-nın namizədi olan 60 yaşlı R.Xamitov səslərin 81,71%-ni qazanıb.

Mediainfo.az