"Kinq-Konq" "Titanik"i batırdı!

"Kinq-Konq" "Titanik"i batırdı!

11 İyul 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)
"Forbes" ən bahalı filmlərin siyahısını açıqladı

Dünyaca ünlü iqtisadi jurnal "Forbes" "ən bahalı filmlər"in siyahısını açıqladı. 200 milyon dollar büdcəsi ilə "Titanik" çoxdan sulara qarışdı...

"Ən çox qazanan aktyorlar", "Ən güclü ünlülər"dən sonra film dünyasının ən bahalılarını bizlərin qarşısına qoydu "Forbes". İqtisadi jurnalın yeni sayında dünyanın ən bahalı filmləri bəlli oldu. Baş rollarının Leonardo Di Kaprio və Keyt Vinsletin paylaşdığı, 1997-ci ildə lentə alınan "Titanik" dövrünün ən bahalı filmi kimi zirvədə oturmuşdu. Lakin 2011-ci ildə onun adından əsər-əlamət belə yoxdur. "Kinq Konq" (büdcəsi 207 milyon dollar), "Karib dənizinin quldurları" (225 milyon dollar), "Avatar" (237 milyon dollar), "Herri Potter" (250 milyon dollar) kimi filmlər Cek və Rozun sevgi hekayəsini tarixə çevirdi.

Bahalı olmaq dəyərli olmaq demək deyil. Məni qınamayın, mənim üçün ən dəyərli filmlər türk seriallarıdır...

Günel Həbib

O.M.