ABŞ Meksika sərhədinə 1000 əsgər göndərir
ABŞ Meksika ilə sərhədini möhkəmləndirir. Ölkələr arasındakı sərhədə min Amerika əsgərinin göndərilməsi planlaşdırılır.
Bu barədə Sky Nevs xəbər verir.
Anonim ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Ordusu Meksika sərhədinə təxminən 1000 əsgər göndərməyi planlaşdırır.
Rəsmi yerləşdirmənin nə vaxt baş verəcəyini konkret deməyib, lakin o, prezident Donald Trampın milli fövqəladə vəziyyət elan etməsi ilə bağlı sərəncamına əsasən, onlar artıq sərhəddə olan minlərlə Milli Qvardiyanın əsgərlərinə qoşulacaqlarını bildirib.
Tramp dəfələrlə ABŞ tarixində ən böyük deportasiyanı həyata keçirəcəyinə söz verib.
Meksika ölkənin şimalında doqquz şəhərində mərkəzlər yaratmaq planının bir hissəsi olaraq Syudad Giarez şəhərində nəhəng çadır sığınacaqları tikməyə başladı.
Bununla belə, yerli məmur Enrique Licon planları "görünməmiş" adlandırdı, çünki sığınacaqların bir neçə gün ərzində minlərlə insanı qəbul etməyə hazır olacağı gözlənilir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinə sərhəd missiyasını dəstəkləmək üçün qoşunlar üçün plan hazırlamağı tapşırmışdı.
Sərəncam Meksika ilə sərhəddə fövqəladə vəziyyətin elan edilməsindən sonra verilib.
Əziz Mustafa, Oxuməni.az