Orban Aİ-ni Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasətindən əl çəkməsinin vaxtı çatıb, çünki onlar öz məqsədlərinə çatmayıblar. Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib və məhdudiyyətlərin yalnız Aİ-nin özünə zərər vurduğunu qeyd edib.
"Sanksiyalar haqqında danışmağın vaxtıdır! Onlar Ukraynada müharibəni dayandırdılar? Xeyr. Onlar Rusiya iqtisadiyyatına ziyan vurdular? Xeyr. Avropa Rusiyanın əvəzinə başqa əlverişli enerji mənbələri tapa bildimi? Xeyr", - hökumət başçısı X-dəki səhifəsində yazıb.
"Brüssel bürokratlarının hazırladığı sanksiyalar yalnız bir şeyə nail oldu: onlar Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv etdilər. Artıq dəyişiklik vaxtıdır!" - Orban fikrini yekunlaşdırıb.
Oxuməni.az
Digər xəbərlər