Ukraynanın məğlubiyyəti NATO-ya trilyonlarla dollara başa gələcək

Ukraynanın məğlubiyyəti NATO-ya trilyonlarla dollara başa gələcək

12:02
Bəyəndim (1) Bəyənmədim (0)

Kiyevin məğlubiyyəti NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, əlavə trilyonlarla dollara başa gələcək, - NATO-nun baş katibi Mark Rutte Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

"Ukrayna uduzsa, NATO-ya əlavə milyardlarla deyil, əlavə trilyonlarla dollar lazım olacaq", - o deyib: "Belə olan halda, Qərbin NATO-ya qarşı çəkindirmə gücünü bərpa etmək indi müzakirə etdiyimiz hər şeydən çox baha başa gələcək".

O, atəşkəs haqqında daha az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, həmçinin Rusiyanın şərtləri ilə atəşkəsə imkan verməməyə çağırıb.

Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq.

Əziz Mustafa, Oxuməni.az