Dünya çempionu və üçqat Çempionlar Liqasının qalibi Franko Barezi vəfat edib
İtaliya yığmasının heyətində dünya çempionu, üçqat Çempionlar Liqasının qalibi Franko Barezi 66 yaşında vəfat edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Milan" futbol klubunun mətbuat xidməti məlumat yayıb.
KİV-in məlumatına görə, "Milan"ın keçmiş kapitanı son vaxtlar ağır xəstəliklə mübarizə aparırdı.
"Milan" Franko Barezinin vəfatından kədərlənir. Onun nümunəsi və xarakterinin dərinliyi, eləcə də 6 nömrəli forması klubun DNT-sinin və tarixinin ayrılmaz və fundamental hissəsi kimi əbədi qalacaq.
"Milan"ın Franko Barezinin bütün ailəsinə bildirdiyi başsağlığını bu çətin saatlarda hər bir "rossoneri" azarkeşi bölüşür", - klubun bəyanatında deyilir.
Barezi 1978-ci ildən 1997-ci ilə qədər "Milan"da çıxış edib. Klubun heyətində italyan müdafiəçi altı dəfə İtaliya çempionatının, dörd dəfə İtaliya Superkubokunun qalibi olub, həmçinin üç dəfə Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.
İtaliya yığmasının heyətində Barezi 1982-ci il dünya çempionatının qalibi olub, 1994-cü il dünya çempionatında gümüş, 1990-cı il dünya çempionatında və 1988-ci il Avropa çempionatında isə bürünc medal qazanıb.
Almaz Həsənli



























.jpg)

























































.jpg)










