Sabiq polis əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xaləddin Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Apa-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən X. Baxışov 2 il sınaq müddəti təyin olunmaqla 8 il şərti azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, X. Baxışov keçmiş yol polisi əməkdaşıdır. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.
Mediainfo.az
Digər xəbərlər

























































































