Bir baş nazir təbrik etdi, digəri məğlub olduğunu etiraf etdi

Bir baş nazir təbrik etdi, digəri məğlub olduğunu etiraf etdi

19 Sentyabr 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın baş naziri Devid Kemeron bu gün səhər saatlarında Şotlandiyanın müstəqilliyinə "yox" deyən vətəndaşları təbrik edib. İnterfax-ın məlumatına görə, baş nazir düzgün təşkil olunmuş təbliğat kampaniyasını Alister Darlinqin və onun komandasının uğuru adlandırıb.

Qeyd edək ki, birləşmiş krallığın sabiq maliyyə naziri Alister Darlinq seçki marafonunda Şotlandiyanın müstəqilliyinə "yox" deyən təbliğat kampaniyasına rəhbərlik edirdi.

Yeri gəlmişkən, bu gün Şotlandiyanın baş naziri Aleks Selmond da geniş auditoriyaya müraciət edib. BBC-nin məlumatına görə, referendumda "hə" deyən tərəfin təbliğat kampaniyasına rəhbərlik edən baş nazir seçkilərdə qarşı tərəfin qalib gəldiyini etiraf edib. "Mən xalqımın qərarını qəbul edirəm və hər kəsi demokratik yolla əldə olunmuş nəticələri qəbul etməyə çağırıram". – deyə Aleks Selmond çıxışında bildirib.

Xatırladaq ki, referendumun yekun nəticələri bu gün yerli vaxtla axşam saatlarında elan olunacaq.

Mediainfo.az