Ölümlə nəticələnən avtoqəza

Ölümlə nəticələnən avtoqəza

22 Sentyabr 2014 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboy rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN mətbuat xidmətinin məlumatına görə, Gədəbəy rayon sakini Zülfüqar Cəfərovun idarə etdiyi "Shacman" və Gəncə şəhər sakini Seymur Mirzəyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

İdarəetməni itirmiş Z.Cəfərov hadisə yerinin yaxınlığında olan 45-50 yaşlı kişini, S.Mirzəyev isə yolun kənarında dayanmış Goranboy rayon sakini Səbuhi Həsənova məxsus "VAZ-21074" markalı avtomobili vurub.

Xəstəxanaya yerləşdirilmiş 45-50 yaşlı kişi ölüb.

Mediainfo.az