Məhərrəmlik ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi bəyanat verdi

Məhərrəmlik ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi bəyanat verdi

2 Dekabr 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən bir daha deyirəm ki, əgər dinə, Allaha, "Qurani-Kərim"ə hörmət edirlərsə, təziyələr İmam Hüseynin istədiyi formada keçirilsin. Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib. Şeyxülislam deyib ki, bu gün Səhiyyə Nazirliyində QMİ nümayəndələrinin də iştirakı ilə qanvermə aksiyasının təşkili ilə bağlı toplantı keçiriləcək. Onun sözlərinə görə, aksiyanın keçirilməsi üçün məscidlərdə xüsusi yerlər ayrılacaq.

O.M.