Oğlu 2 il əvvəl intihar etmiş ata intihar etdi
Səbail rayon prokurorluğundan verilən məlumata görə, bu gün gecə saatlarında rayonun Bibiheybət qəsəbəsində yerləşən "Xəzər" restoranında intihar hadisəsi qeydə alınıb. Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Pənah Aslan oğlu Fərzəliyev restoranın çardağında özünü asaraq intihar edib.
Qeyd edək ki, təxminən 2 il əvvəl P.Fərzəliyevin oğlu da intihar edib. Bundan sarsıntı keçirən ata bir neçə dəfə intihara cəhd edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər
.jpg)






























































































