İllər öncə baş vermiş qətlin üstü açılıb
Bu ilin oktyabrında həyat yoldaşını qətlə yetirmiş 1958-ci il təvəllüdlü Musaxan Şəmiyevin illər öncə daha bir qətl törətdiyinin üstü açılıb. Sən demə, o, 1997-ci ildə qısqanclıq zəminində 1963-cü il təvəllüdlü Heybət Vəzir oğlu Allahverdiyevi yaşadığı evdə baltalayaraq qətlə yetirib. Daha sonra onun meyitini öz evinin həyətindəki toyuq hinində basdırıb. Həyata keçirilən tədbirlər nəticəsində meyitin basdırıldığı yerə baxış keçirilib və mərhumun cəsədi çıxarılaraq ekspertizaya göndərilib. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
O.M.
Digər xəbərlər

.jpg)




























































































