Xaçmazda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verdi
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dekabrın 18-də saat 00:10 radələrində Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində, kənd sakini Babək Həsənovun idarə etdiyi "TOFAŞ" və rayon sakini Malik Mahmudovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə B.Həsənov və M.Mahmudovun sərnişinlərindən Nizam Cavadov hadisə yerində ölmüş, M.Mahmudov və digər sərnişinləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
O.M.
Digər xəbərlər

.jpg)



























































































