Şəmkir sakini Gəncədə şəkilini öldürdü
Şəki rayon sakinini bıçaqlayaraq qətlə yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, sentyabrın 16-da Gəncə şəhərində Şəmkir rayon sakini Ayxan İbrahimli münaqişə zəminində Şəki rayon sakini Vasif Səmədova bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Vasif Səmədov orada ölüb.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ayxan İbrahimli tutulub.
Mediainfo.az
Digər xəbərlər
.jpg)





























































































