Namus üstündə qətl
Qohumunu öldürən şəxs könüllü şəkildə polisə təslim olub
Bakıda dəhşətli qətl hadisəsi baş verib. Məlumata görə, Kürdəxanı qəsəbəsində 1983-cü il təvəllüdlü Zeynalov Əlisamir Ataməli oğlu həmyerlisi, 1973-cü il təvəllüdlü Dostməmmədov Hacıəli Əliağa oğlunu baltalayaraq qətlə yetirib. Ə.Zeynalov H.Dostməmmədova balta ilə çoxsaylı xəsarət yetirdikdən sonra könüllü şəkildə polis bölməsinə gələrək təslim olub. Xəstəxanaya aparılan yaralının həyatını isə xilas etmək mümkün olmayıb.
Hər iki şəxs yaxın qohum, əmioğludur. Hadisənin namus üstündə baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Mediainfo.az
Digər xəbərlər

.jpg)



























































































