ETSN 2012-ci ilin 15-30 noyabr tarixlərində ekologiyanı pozanları 83800 manat cərimə etdi

ETSN 2012-ci ilin 15-30 noyabr tarixlərində ekologiyanı pozanları 83800 manat cərimə etdi

5 Dekabr 2012 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-30 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 167 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 59 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 26 iş üzrə 83800 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 4351.66 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 157 iş üzrə 29396.5 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 2, icra qruplarına 7, məhkəmələrə isə 1 iş göndərilmişdir.

O.M.