Ukraynada ölənlərin sayı 99-a çatıb
Kiyevdə və Ukraynanın digər bölgələrində kütləvi aksiyalar nəticəsində ölənlərin sayı 99-a çatıb. Apa-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Nazirlikdən bildiriblər ki, fevralın 18-dən martın 5-dək Kiyevin mərkəzində baş vermiş toqquşmalar zamanı xəsarət alanlardan 1039 nəfər həkimlərə müraciət edib. Onlardan 676 nəfər xəstəxanalara yerləşdirilib.
Digər xəbərlər