Ted Kruz Obamanı tənqid etdi

Ted Kruz Obamanı tənqid etdi

1 Sentyabr 2014 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da respublikaçıları təmsil edən Texas senatoru Ted Kruz prezident Barak Obamanı Rusiyaya qarşı zəif sanksiyalar tətbiq etməkdə günahlandırıb.

Teleqraf.com xəbər verir ki, T.Kruz Rusiya prezidenti Vladimir Putinin qorxusuz hərəkət etdiyini, Avropa ölkələrinin isə Obamasız addım atmaqdan qorxmasını bildirib.

O deyib ki, ABŞ təbii qaz ixracını artıraraq, Rusiya iqtisadiyyatına qarşı təzyiqləri gücləndirməlidir: "ABŞ bu ixracı artırdığı zaman dünya bazarındakı qiymətləri yerlə yeksan edəcək. Bu da Kremlin ən zəif nöqtəsi olacaq və iqtisadiyyatına ciddi təsir göstərəcək".

S.Kruz həmçinin 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçı Partiyasından namizədliyini irəli sürəcəyini deyib.

Mediainfo.az