NATO Baş katibi: Türkiyə NATO-nun çox mühüm müttəfiqidir

NATO Baş katibi: Türkiyə NATO-nun çox mühüm müttəfiqidir

07:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin BRICS ölkələri ilə əməkdaşlıq etmək hüququ var. İstanbulun bu cür hərəkətləri ilə bağlı heç bir narahatlıq yoxdur. Bu barədə NATO-nun baş katibi Mark Rutte keçirdiyi mətbuat konfransında deyib..

O, Türkiyənin “NATO-da çox mühüm müttəfiqi” olduğunu və Alyansda ən yaxşı təchiz edilmiş silahlı qüvvələrdən birinə sahib olduğunu, həmçinin müttəfiqlərin əməliyyatlarına əhəmiyyətli töhfə verdiyini xatırladıb.

Ruttenin sözlərinə görə, 32 demokratik ölkədən ibarət Alyansda “müəyyən məsələlərlə bağlı” debatların olacağı göz qabağındadır.

“Biz bilirik ki, Türkiyə bəzi BRICS tərəfdaşları ilə də əməkdaşlıq edir, onların suveren hüququ var ki, bu da zaman-zaman ikitərəfli səviyyədə və ya NATO daxilində müzakirələrə səbəb ola bilər”, - Rutte bildirib.

Baş katib qeyd edib ki, Şimali Atlantika Alyansı Türkiyədə, Türkiyə isə NATO-da populyardır.

Oxuməni.az