NATO Ukraynanı alyansa dəvət etməyə hazır deyil

NATO Ukraynanı alyansa dəvət etməyə hazır deyil

14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Atlantika Alyansı hələ də Kiyevə üzvlük və ya NATO-ya dəvət verməyə hazır deyil. Bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.

“Bu günə qədər alyans Ukraynaya üzvlük və ya dəvət təklif etməyə hazır olacaq həddə çatmayıb”, o, Politico-ya müsahibəsində deyib.

Smit həmçinin fikrini ifadə edib ki, ilk növbədə Avropa silahlarını almaq istəyən Aİ-də müdafiə satınalmalarına qoyulan məhdudiyyətlər Ukraynaya yardımın göstərilməsinə mane olacaq. “Mən əmin deyiləm ki, Aİ-dən alış-verişin məhdudlaşdırılması həqiqətən də Ukraynadakı dostlarımıza və ya kəskin silah çatışmazlığı yaşayan ittifaq ölkələrinə ən qısa müddətdə kömək edəcək”.

Oxuməni.az