Donald Tramp dəfələrlə Hitlerə təriflər yağdırıb

Donald Tramp dəfələrlə Hitlerə təriflər yağdırıb

10:25
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentliyinə namizəd Donald Tramp dəfələrlə nasist Almaniyasının lideri Adolf Hitlerə təriflər yağdırıb. O, diktator olan insanlara heyrandır.

Bunu Ağ Evin keçmiş aparat rəhbəri Con Kelli deyib.

NYT-yə verdiyi bir sıra müsahibələrdə Kelli gələn ay seçiləcəyi təqdirdə Trampın diktator kimi hökm sürəcəyindən narahatlığını ifadə edib. Onun fikrincə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd faşistləri tərifləyir. O, əlavə edib ki, Tramp tarixi və Konstitusiyanı başa düşmür.

Belə ki, Kelli müsahibəsində Trampın ona bu ifadəni dediyini söyləyib: “Hitler yaxşı işlər gördü”. Bundan əlavə, Ağ Evin keçmiş aparat rəhbəri Trampın nasist lideri haqqında dəfələrlə müsbət fikirlər söyləməsi ilə bağlı əvvəlki məlumatları təsdiqləyə biləcəyini vurğulayıb.

Oxuməni.az