Böyük Britaniya 200 Ukrayna pilotunu F-16 üçün hazırlayıb

Böyük Britaniya 200 Ukrayna pilotunu F-16 üçün hazırlayıb

15:20
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniya 200 ukraynalı hərbi pilota F-16 qırıcılarını idarə etmək üçün təlim keçib, krallığın müdafiə nazirinin müavini Lyuk Pollard bildirib.

“Bu gün mən Kral Hərbi Hava Qüvvələrinin təlim proqramının son pilotlarının buraxılışında iştirak etdim. Bu pilotlar tezliklə Ukraynanın F-16-larını idarə edəcəklər”, – Pollard “X” sosial şəbəkəsində yazıb. O, həmçinin Böyük Britaniyanın “nə qədər lazımdırsa” Ukraynaya dəstək vermək niyyətində olduğunu vurğulayıb.

Ukraynalı pilotların ilk qrupu 2023-cü ilin dekabrında Böyük Britaniyada əsas təlim proqramını başa vurub. Daha sonra altı təcrübəli pilotun təlim keçdiyi, daha on kursantın əsas uçuş hazırlığı və aerotibbi təlim, habelə sentrifuqa təlimi üçün Britaniyada qaldığı bildirildi.

Ümumilikdə, Ukraynanın müttəfiqləri 2023-cü ildə F-16 üçün on bir pilota təlim keçib. Bundan sonra ABŞ təcrübəli ukraynalı pilotların biliklərindən asılı olaraq təlim prosesini altı- doqquz aya qədər sürətləndirdi. Təlim pilotların hazırkı müharibə zamanı həll etməli olacaqları konkret vəzifələr üzərində cəmlənib.

Eyni zamanda Amerika rəsmiləri “The Wall Street Journal”a (WSJ) bildiriblər ki, ukraynalı pilotlar F-16-nın ingiliscə təlimatını oxumaqda problem yaşayırlar və onlardan bəziləri Amerikanın təlim metodlarına müqavimət göstərirdilər. Bu səbəbdən tez-tez NATO ölkələrindən olan təlimatçılarla ukraynalılar arasında gərginlik yaranırdı.

Bu ilin payızında ABŞ gənc ukraynalı pilotlara F-16-nı idarə etmək üçün təlim keçməyə qərar verdi. Daha təcrübəli həmkarlarından fərqli olaraq, onlar bir il əsas uçuş təlimi keçməli olacaqlar. Onlar İngiltərə və Fransada təlim keçəcəklər. “WSJ” mənbələri bildiriblər ki, pilotların hazırlanması ilə bağlı çətinliklərə görə, 20 təyyarə və 40 pilotdan ibarət tam hüquqlu F-16 eskadrilyası Ukraynada 2025-ci ilin yaz-yayından tez görünməyəcək.

Almaz Həsənli