Sudanda vurulan İl-76-nın ölkəsini müəyyən etmək üçün komissiya yaradılıb

Sudanda vurulan İl-76-nın ölkəsini müəyyən etmək üçün komissiya yaradılıb

16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Sudan Çevik Reaksiya Qüvvələri (RSF) vurulan İl-76 təyyarəsinin hansı ölkəyə aid olduğunu müəyyən etmək üçün komissiya yaradıb. Bu barədə RİA Novosti-yə RRF komandirinin müşaviri Əl-Başa Tabik bildirib.

"Təyyarənin kimliyi və hansı dövlətə aid olduğunu və göyərtəsində kimin olduğunu müəyyən etmək üçün komissiya yaradılıb", - Tabik agentliyə bildirib.

Sudanın qərbindəki Darfur bölgəsini ələ keçirən üsyançı Çevik Reaksiya Qüvvələri oktyabrın 21-də Şimali Darfur əyalətində Sudanın İl-76 yük təyyarəsini vurduqlarını, ekipaj üzvləri arasında ​​Rusiya vətəndaşlarının da olduğunu bildirib.

Oxuməni.az