2014-cü ildən bəri Ukrayna əhalisinin sayı 10 milyon nəfər azalıb

2014-cü ildən bəri Ukrayna əhalisinin sayı 10 milyon nəfər azalıb

11:05
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer bildirib ki, Ukraynada gedən döyüşlər ölkədə doğum nisbətinin kəskin azalmasına səbəb olub. Onun sözlərinə görə, 2014-cü ildən bəri Ukrayna sakinlərinin sayı 10 milyondan çox, 2022-ci ilin fevralından isə 8 milyon nəfər azalıb.

O, Cenevrədə jurnalistlərə deyib: "Doğum səviyyəsi bir qadına bir uşağa düşüb - Avropada ən aşağı, dünyada isə ən aşağı doğum səviyyəsidir".

Xanım Bauer qaçqın statusuna malik məcburi köçkünlərin sayını 6,7 milyon nəfər kimi qiymətləndirib.

Ukraynada əhalinin sonuncu siyahıyaalınması 2001-ci ildə keçirilib. Ölkə müstəqillik əldə edən 1991-ci ildə orta doğuş səviyyəsi bir qadına 1,9 uşaq olub. 1989-cu ildə Ukraynanın əhalisi 51,5 milyon nəfər, 2001-ci ildə 48,5 milyon nəfər olub.

Oxuməni.az