FT: Türkiyə gizli şəkildə Rusiyaya hərbi malların ixracını qadağan etdi

FT: Türkiyə gizli şəkildə Rusiyaya hərbi malların ixracını qadağan etdi

12:51
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə hakimiyyəti Rusiyaya Amerika mənşəli hərbi malların ixracını gizli şəkildə qadağan etmək qərarına gəlib. Bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Məsələ ilə bağlı birbaşa məlumatı olan üç mənbənin bildirdiyinə görə, son həftələr Türkiyə gömrük sistemini tənzimləyib, qırxdan çox kateqoriyadan olan ABŞ mənşəli malların Rusiyaya ixracını əngəlləyib. Vaşinqton və onun Qərb müttəfiqləri bu malları Rusiyanın Ukraynadakı müharibəsi üçün vacib hesab edirlər.
Bununla belə, nəşrin mənbəsinə görə, digər şeylərlə yanaşı, mikroçiplər və uzaqdan idarəetmə sistemlərini də əhatə edən məhdudiyyətlər “siyasi həssaslıq” səbəbindən ictimaiyyətə açıqlanmayıb. Lakin Türkiyə hakimiyyətinin qərarı onu deməyə əsas verir ki, Ankara artıq Rusiyanın sanksiyalardan yan keçmək üçün istifadə etdiyi xilasedici rolunu oynamaq istəmir.
Qeyd olunur ki, 2022-ci ilin fevralından sonra Türkiyədən Rusiyaya yuxarıda qeyd olunan malların ixracı kəskin artıb. Əgər münaqişənin əvvəlində bu, ayda üç milyon dollara yaxın idisə, həmin ilin dekabrına qədər bu məbləğ 38 milyona çatıb.

Almaz Həsənli