Braziliyada qırıcı təyyarə qəzaya uğrayıb

Braziliyada qırıcı təyyarə qəzaya uğrayıb

15:22
Bəyəndim (0) Bəyənmədim (0)


Braziliya Hərbi Hava Qüvvələrinə məxsus F-5M qırıcı təyyarəsi aviabazanın yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb, lakin pilot sağ qalıb.

Təyyarə oktyabrın 22-də Braziliya Hərbi Hava Qüvvələrinin Natal aviabazasının yaxınlığında baş verib.

Təyyarə Parnamirimin yaşayış massivləri yaxınlığındakı meşəlik əraziyə düşüb. Pilot təyyarəni yaşayış binalarının olmadığı əraziyə endirməyi bacarıb. Qırıcı təyyarə qəzaya uğradıqdan sonra yanğın başlayıb.

O Globo portalı yazır ki, təyyarənin qəzaya uğramasına səbəb mühərrikdə problemlər ola bilərdi.

CNN Brasil ölkənin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir ki, F-5M təyyarəsi 1973-cü ildə alınıb.

Oxuməni.az