İsrail Hizbullahın yeni liderinin öldürüldüyünü təsdiqləyib

İsrail Hizbullahın yeni liderinin öldürüldüyünü təsdiqləyib

08:00
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Müdafiə Qüvvələri oktyabrın 4-də Beyrutda hava hücumu nəticəsində Hizbullahın icra şurasının rəhbəri, Həsən Nəsrullahın ləğvindən sonra onun varisi olduğu iddia edilən Haşim Səfi əd-Din öldürüldüyünü təsdiqləyib.

Safi əd-Dinlə yanaşı, təşkilatın kəşfiyyat bölməsinin rəhbəri Hüseyn Əli Həzimə də öldürülüb. Zərbənin hədəfi Hizbullahın Beyrutdakı yeraltı kəşfiyyat qərargahı olub.

İDF-nin məlumatına görə, zərbə zamanı Hizbullahın kəşfiyyat bölməsinin 25-dən çox üzvü, o cümlədən yüksək səviyyəli komandirlər qərargahda olub.

Xatırladaq ki, oktyabrın 4-nə keçən gecə İsrail aviasiyası Beyruta hücum edib. Hücumun hədəfi Hizbullahın ehtimal edilən yeni lideri Haşim Safi əd-Din olub.

Oxuməni.az