Polşa Rusiyanın səfirini ölkədən qovmağa hazırlaşır

Polşa Rusiyanın səfirini ölkədən qovmağa hazırlaşır

07:50
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa Rusiya səfiri Sergey Andreyevi ölkədən qova bilər. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski TVP İnfo telekanalında bildirib.

O qeyd edib ki, Rusiya Polşaya qarşı hibrid hücumlar edir. Burayadezinformasiyanın yayılmasına, dövlət qurumlarına və Polşa şirkətlərinə kiberhücumlara və bütün ölkə ərazisində təxribata aiddir.

Sikorski xatırlatdıb ki, Polşa artıq Rusiya diplomatlarının ölkə daxilində hərəkətinə məhdudiyyətlər tətbiq edib. Xüsusilə, Varşavadakı səfirlik işçiləri yalnız Masoviya Voyevodalığı daxilində, konsullar isə yalnız ezam olunduqları Voyevodalığı daxilində hərəkət edə bilərlər. Bu, onların diplomatik statusları ilə bir araya sığmayan hərəkətlərini çətinləşdirmək üçün lazımdır.

“Əgər biz səfiri qovsaq, onlar da eyni şeyi edəcəklər, bu hələ baş verməyib, amma təxribat davam edərsə, bu, istisna oluna bilməz”, - deyə xarici işlər naziri vurğulayıb.

Xatırladaq ki, mart ayında Rusiyanın Ukraynaya növbəti kütləvi zərbəsi zamanı raketlərdən biri Polşanın hava məkanına daxil olub. Bunun fonunda Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya səfiri isə Polşa XİN-ə getməkdən imtina edib. Bundan sonra Polşa XİN Rusiya səfirliyinə onu ölkədən qovacağı barədə xəbərdarlıq edib.

Oxuməni.az