Avstraliya sakini  Britaniya kralı III Çarlzı ictimaiyyət qarşısında alçaldıb

Avstraliya sakini  Britaniya kralı III Çarlzı ictimaiyyət qarşısında alçaldıb

13:45
Bəyəndim (1) Bəyənmədim (0)


Avstraliyalı qadın Britaniya kralı III Çarlzı ictimaiyyət qarşısında aşağılayıb. Bu barədə “Daily Mail” məlumat yayıb.
Oktyabrın 22-də III Çarlz və xanımı Kraliça Kamilla Sidneydə pərəstişkarları ilə görüşüblər. Yerli sakinlərin izdihamında əlində təxribatçı yazı olan bir plakat tutan qız dayanıb: "Karl, evliliyində yenə üç ola bilər."
Bu, Şahzadə Diananın 1995-ci ildə “BBC”-nin “Panorama” proqramına verdiyi müsahibədə verdiyi açıqlamaya istinad idi. Sonra o, jurnalistlərə əri III Çarlz-ın Kamilla Parker Boulzla onu aldatdığını təsdiqləyərək məşhur ifadəni söylədi: "Bu evlilikdə üçümüz idik, ona görə də bir az sıx idi".
Jurnalistlərin sözlərinə görə, III Çarlz və Kraliça Kamillanın qızın plakatını görüb-görmədiyi məlum deyil.
Oktyabrın 21-də Britaniya monarxı Avstraliya parlamentində çıxış edərkən qalmaqalla qarşılışıb. Böyük Britaniya kralı çıxışını bitirdikdən sonra Avstraliyanın Viktoriya ştatının senatoru Lidiya Torp tərəfindən tənqid atəşinə tutulub. O, səhnəyə çıxaraq qışqırıb: “Bura sizin ölkəniz deyil. Sən bizim kralımız deyilsən”.
Almaz Həsənli