Rusiyada miqrantların yaşadığı yataqxana yandırılıb

Rusiyada miqrantların yaşadığı yataqxana yandırılıb

14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Tver vilayətində miqrantların yaşadığı yataqxananı yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə oktyabrın 20-də baş verib. Bir nəfər otağa benzin tökərək yandırıb. Yanğından qaçan sakinlərdən biri ikinci mərtəbənin pəncərəsindən atılaraq xəsarət alıb. Yanğın nəticəsində otaq yanaraq kül olub, yataqxananın dəhlizinə ziyan dəyib. Dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

Təqsirləndirilən şəxs hazırda müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində Cinayət Məcəlləsinin 167-ci maddəsi (əmlakı qəsdən məhv etmə və ya zədələmə, beş ilədək müddətə azadlıqdan məhrum etmə). cinayət işi başlanıb

İdarənin yaydığı videoda həmin şəxs yataqxanaya benzin tökərək onu yandırdığını etiraf edir.

Oxuməni.az