Tramp Bayden administrasiyasını ittiham edib

Tramp Bayden administrasiyasını ittiham edib

10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda İsrailin İrana qarşı potensial cavab zərbəsinə hazırlığını təsvir edən məxfi sənədlər sızdı. Donald Tramp buna görə ABŞ prezidenti Co Bayden administrasiyasını günahlandırıb.

Bu barədə “The Times of Israel” nəşri xəbər verir.

ABŞ-ın keçmiş prezidenti və hazırkı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Tramp hadisəni “pis hal” adlandırıb.

"Təsəvvür edə bilərsinizmi ki, kimsə bunu edir? Bu, düşməndir. Məncə, bu, daxildən olan düşməndir. Biz sadəcə olaraq, bu səriştəsizliyə artıq dözə bilmərik", - Tramp bildirib.

Öz növbəsində, FTB bildirib ki, bu sənədlərin icazəsiz dərc edilməsini araşdırır.

Oxuməni.az