Bayden: Tramp ABŞ-ı hər an Rusiyaya sata bilər

Bayden: Tramp ABŞ-ı hər an Rusiyaya sata bilər

09:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın demokratiya üçün təhlükə yaratdığını bildirib. Buna görə də o, “siyasi cəhətdən” təcrid olunmalıdır.

"Biz Trampı hər yerdə təcrid etməliyik. O ABŞ-ı hər an Rusiyaya sata bilər",-deyə Bayden bəyan edib.

Prezidentin bu sözləri Nyu-Hempşir ştatının Konkord şəhərindəki seçki qərargahında deyib. O, demokratları noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlməyə çağırıb.

Bayden onu da əlavə edib ki, Tramp ABŞ Konstitusiyasının təminatlarına məhəl qoymur və buna görə də Demokratların namizədi Kamala Harrisi məğlub edəcəyi təqdirdə ABŞ-da diktatura hökm sürəcək

Oxuməni.az