BRİKS sammitində Rusiya Ukraynaya qarşı müharibəyə dəstək mexanizmləri yaratmağa çalışacaq

BRİKS sammitində Rusiya Ukraynaya qarşı müharibəyə dəstək mexanizmləri yaratmağa çalışacaq

09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya BRİKS sammitindən Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizmlər yaratmaq fürsəti kimi istifadə edəcək.

Bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) xəbər verir.

İnstitutun məlumatına görə, Kazanda keçirilən sammitə 36 dünya lideri gəlib. Onların arasında BMT-nin baş katibi Antonio Quterreş, Talibanın ticarət və sənaye naziri Nuruddin Əzizi, Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

Sammit çərçivəsində Rusiya diktatoru Vladimir Putin artıq Çin prezidenti Si Cinpinq, Hindistanın baş naziri Narendra Modi və Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşüb. Modi Rusiyanın Ukraynaya qarşı müharibəsinin “erkən” sülh yolu ilə həllinin tapılmasının vacibliyini təkrarladı və Hindistanın potensial vasitəçi rolunu bir daha təsdiqlədi.

Oxuməni.az