İsveçdəki turnirdən sonra Efiopiya futbol komandası itkin düşüb

İsveçdəki turnirdən sonra Efiopiya futbol komandası itkin düşüb

13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Efiopiyadan olan futbol komandası (14-17 yaş arası oyunçular) İsveçdə keçirilən turnirdə iştirak etdikdən sonra tam heyətdə itkin düşüb. Oxuməni az xəbər verir ki, bu barədə "Göteborgs-Posten" məlumat yayıb.

Nəşrin məlumatına görə, yarışların sonuncu günü oyunçuların qaldığı məktəbin administratoru onların yoxa çıxdığını fərq edib. Turnirin təşkilatçıları bir müddət sonra bu barədə polisə məlumat veriblər.

Hüquq-mühafizə orqanları itkin düşənlərdən heç birinin vətənlərinə qayıtmadığını müəyyən edib.

Həmçinin xüsusi olaraq vurğulanır ki, polis hadisənin cinayət xarakterli olduğunu istisna edir və kütləvi oğurluq versiyasını nəzərdən keçirmir.

Almaz Həsənli