Erməni əsgər əsgər yoldaşını öldürüb
Ermənistanın N saylı hərbi hissənin əsgəri Vardan Davtyan Samvel Arutyunyanın ölümü ilə əlaqədar saxlanılıb. Erməni əsgərə artıq cinayət işi açılıb. Davtyan əsgər yoldaşının şərəf və ləyaqətini alçaltmaqda, ölümünə səbəb olmaqda günahlandırılır.
Qeyd edək ki, dünən gecə saat 01:15 radələrində N saylı hərbi hissənin əsgəri 1992-ci il təvəllüdlü Samvel Seyranoviiç Arutyunyan öldürülüb. Həmin gün S.Arutyunyan hərbi hissənin qarajında növbədə durduğu bildirilir. Onun meyiti qarajın divarının dibində tapılıb.
Son vaxtlar Ermənistan Silahlı Qüvvələrində belə hadisələr çoxalıb. Ötən ayın 29-da 1995-ci il təvəllüdlü Vladimir Hayrapetyan başından aldığı güllədən ölmüşdü. Erməni əsgərin xidmət yoldaşı tərəfindən vurulduğu bildirilirdi. Həmin hadisədən heç 2 həftə keçmədən yenidən oxşar hal baş verib.
Mediainfo.az

.jpg)



























































































