Sentyabrın 15-i metroda oğurluq edən şəxs yaxalanıb
Sentyabrın 15-də metronun "Nərimanov" stansiyasında Astara rayon sakini Rəşad Məhərrəmova məxsus videokamera qatarda oturacağın üzərindən oğurlanıb.
Bu barədə məlumat daxil olan kimi əməliyyat başlanıb. Metropolitendə polis şöbəsində Cinayət-Axtarış Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Tağıyev müəyyən olunub.
Keçirilən əməliyyat zamanı Elxan Tağıyev tutulub. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər
.jpg)





























































































