Bir gecədə 3 mağazanı yaran maskalılar tutulub
Beyləqan rayonunda oğurluqda təqsirləndirilən beş nəfərdən ibarət qrup zərərsizləşdirilib.
Beyləqan rayon Polis Şöbəsindən verilən xəbərə görə, müxtəlif rayonların sakinləri olan həmin şəxslər ötən gecə Beyləqanda 3 mağazanı yarıblar.
Oğurluq zamanı onlar maskalı olublar.
Hazırda onların iştirak etdiyi oğurluq faktları ilə bağlı araşdırmalar aparılır.
Mediainfo.az
Digər xəbərlər