Monqolustan və ABŞ iqtisadiyyat, enerji və təhsil sahələrində əməkdaşlıq haqqında razılığa gəliblər
Respublika Prezidenti Uxnaaqiyn Xurelsuxun saytında bildirilir ki, tərəflər Ulan-Batorun su təchizatının 80% yaxşılaşdırılması üzrə birgə proqramın həyata keçirilməsinin xalqlar arasında dostluq rəmzi olduğunu qeyd ediblər.
Monqolustan və ABŞ bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətindədirlər. Bu barədə Monqolustan dövlətinin başçısı Uxnaaqiyn Xurelsuxun ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra mətbuat xidməti məlumat yayıb.
"Tərəflər strateji tərəfdaşlıq çərçivəsində enerji, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, ticarət və iqtisadiyyat sahələrində qarşılıqlı faydalı əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək barədə razılığa gəliblər", - Monqolustan prezidentinin saytında bildirilir.
Tərəflər Ulan-Batorun su təchizatının 80% yaxşılaşdırılmasına dair Monqolustan hökumətinin və Amerika Minilliyin Çağırış Fondunun birgə proqramının həyata keçirilməsinin iki ölkə xalqları arasında dostluq rəmzi olduğunu qeyd ediblər. Söhbət iki müəssisənin tikintisindən gedir: dərin su təmizləyici stansiya və su emalı zavodu. Monqolustan hökumətinin bu layihəyə töhfəsi 111 milyon dollar, Amerika fondunun töhfəsi 350 milyon dollar olacaq.
Oxuməni.az