Bakının mərkəzində daha iki yol təmirə bağlandı
Bakıda daha iki yol təmirə bağlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Apa-ya verilən məlumata görə, hazırda Bülbül prospektinin Salatın Əsgərova küçəsi ilə kəsişməsindən Füzuli küçəsi ilə kəsişməsinə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq yol bağlıdır.
Həmçinin, Salatın Əsgərova küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq yol bağlanıb.
Sürücülərə Bülbül prospektinə alternativ olaraq Səməd vurğun küçəsindən, Salatın Əsgərova küçəsinə alternativ olaraq isə Füzuli küçəsindən istifadə etmək tövsiyə olunur.
Mediainfo.az
Digər xəbərlər


























































































