Dalay Lama: “Putin Rusiyanı intihara aparır”

Dalay Lama: “Putin Rusiyanı intihara aparır”

8 Sentyabr 2014 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya bütpərəstlərinin rəhbəri Rusiya prezidentini eqoistlikdə ittiham etdi

Məlum Ukrayna hadisələri ilə bağlı bütün dünyanın diqqəti Şərqi Avropa regionuna, o cümlədən Rusiyaya yönəlib. Avropa Şurası ölkələrinin Rusiyaya qarşı həyata keçirdikləri iqtisadi-siyasi sanksiyalardan sonra V.Putinin siyasi fəaliyyəti müzakirə obyektinə çevrilib. Artıq bütün dünya bütpərəstlərinin lideri XIV Dalay Lama da Rusiya prezidenti haqda fikirlərini bölüşməyə başlayıb. Almaniyanın Die Welt qəzetinə verdiyi müsahibədə dini lider Çinlə Rusiyanı müqayisə edərək ikincini tənqid edib. O, Rusiya prezidentini eqoist adlandırmaqdan belə çəkinməyib: "Cənab Putin əvvəlcə prezident idi, sonra baş nazir oldu, indi yenə də prezidentdir. Bu, həddi bir qədər aşmaq deməkdir və onun eqosentrik münasibətindən xəbər verir. Cənab Putin mənəm-mənəm deməyi xoşlayır. Bütün problemlərin kökündə də məhz bu amil durur". Daha sonra dini lider Rusiyanın perspektivi haqda proqnoz verməkdən çəkinməyib: "Biz Berlin divarının sökülməsinə alışmışıq. Deyəsən, prezident Putin onu yenidən inşa etməyə hazırlaşır. O, bununla ilk növbədə öz ölkəsinə ziyan vurur. Təcrid olunma siyasəti Rusiya üçün intihar deməkdir".

Mediainfo.az