Portuqaliya yığmasını Fernando Santos çalışdıracaq

Portuqaliya yığmasını Fernando Santos çalışdıracaq

23 Sentyabr 2014 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Qol.Az-ın Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Fernando Santos çalışdıracaq.

59 yaşlı mütəxəssis yığmanın baş məşqçi vəzifəsində bir müddət öncə istefaya göndərilən Paulo Bentunu əvəzləyib.

Qeyd edək ki, Santosun son iş yeri Yunanıstan millisi olub.

Mediainfo.az